Avtomatik suvarma sisteminin faydaları saymaqla bitməz, Ağıllı suvarma kimi də tanınan avtomatik suvarma dəqiq kənd təsərrüfatının ən vacib komponentidir. Avtomatik suvarma sistemində olan cihazlar ehtiyaclar istiqamətində özəlləşdirilmiş bir sistemə malikdir. Suvarma sahəsi sahiblərinə su israfının qarşısını almağa və tarlalarında/bağlarında, suvarma aparacaqları sahələrdə məhsul yetişdirmə keyfiyyətinin artmasına kömək edir.
Avtomatik Suvarma Sisteminin Faydaları;
Avtomatik suvarma daha asan suvarma aparmağı təmin edir
Müntəzəm və bitki ehtiyacı qədər suvarmaya imkan verir
Hər zaman tam olaraq müntəzəm suvarma təmin edir
Gərəksiz su istifadəsini əngəlləyir
Gərəksiz enerji istifadəsini əngəlləyir
Avtomatik suvarma ilə sistemdə olan nasos, boru və s. avadanlıqlar qorunur
Partlayış, həddindən artıq təzyiq, itki və sızma hallarının qarşısı alınmış olur.
Bitki ehtiyacı qədər su verməyi asanlaşdırır.
İşçilik xərclərini azaldır
Bitki və məhsul itkisi kimi sürprizləri aradan qaldırır.
Qısacası avtomatik suvarma sistemləri düzgün istifadə edildikdə mexaniki suvarmaya nisbətən çox daha çox faydası var.
Avtomatik suvarma sisteminin faydalarını bu şəkildə xülasə edə bilərik:
Ən yaxşı suvarma vaxtları günəş şüalarının təsirini azaltdığı vaxtdır, su buxarlanmadan torpağa işləyir. Avtomatik suvarma sistemi sayəsində istədiyiniz vaxt və müddətlərdə suvarma aparmağınızı təmin edir.
Suvarma sahəsi sahibləri tətil və ya səyahət kimi uzunmüddətli dövrlərdə suvarma işlərinin axsamaması və sahib olduqları sahənin canlı qalması üçün avtomatik suvarma sistemindən yararlana bilərlər.
Hər hansı bir personal köməyinə ehtiyac duyulmadan peşəkar materiallarla sistematik şəkildə suvarma əməliyyatlarının yerinə yetirilməsi də avtomatik olaraq təmin edilə bilər.
Suvarma sistemindəki mümkün problemlər və məlumatlandırmalar sistemə təyin edilən telefon nömrələrinə SMS olaraq bildirilir.
Hər suvarma əməliyyatından əvvəl və sonra uzaqdan nəzarət edib məlumat mesajı alına bilər.
Avtomatik suvarma sisteminin əsas ünsürü olan solenoid klapanlar suyun açılma və bağlanma əməliyyatlarını, axın həcmini nəzarət edə biləcək xüsusiyyətdədir.
Suvarma suyunun sürəti, təzyiqi, çirklilik vəziyyəti suvarma idarəetmə bloku tərəfindən idarə oluna bilir.
Torpaq nəmlik sensoru quraşdırılması sayəsində gərəksiz suvarma aparılmasının qarşısı alınır.
Yağış sensoru quraşdırılan bölgədə yağış yağması kimi gözlənilməz hallar avtomatik olaraq algılanır və suvarma sisteminin işə düşməsi təxirə salınır. Torpağın malik olduğu nəmlik miqdarı nəmlik sensorları tərəfindən algılana bilir, bu sayədə su qənaəti təmin edilir.
İnsan amilinin səhvlərini də aradan qaldırır.
Ümumilikdə avtomatik suvarma sisteminin faydalarını xülasə etsək, torpaq sahibi üçün boş vaxtların dəyərləndirilməsi, su qənaətinin təmin edilməsi, bitkilərin sağlam inkişafı, maddi itkilərin və dəyərli resursların israf edilməsinin qarşısının alınması kimi sıralana bilər.
Yorumlar