Damcı suvarma pompası nədir, su mənbəyinin kifayət qədər yüksəkdə olmadığı hallarda,suya təzyiq qazandırıb boru kəmərində ötürülməsini təmin edən sistemlərdir. Hündürlük fərqi kifayət deyilsə və ya su quyudan götürülürsə, damcı suvarma üçün zəruri olan təzyiq pompa aqreqatı ilə təmin edilir. Su mənbəyinin növündən asılı olaraq santrifüj, dərin quyu və ya dalğıc tipli pompalardan biri istifadə olunur.
Pompa suya təzyiq qazandırır, boru kəmərində ötürülməsini təmin edir. Kanal, çay və dayaz quyulardan istifadə edildikdə, üfüqi milli santrifüj tipli pompalar, dərin quyulardan istifadə edildikdə isə dərin quyu pompaları və ya dalğıc tipli pompalar istifadə olunur. Ehtiyacdan böyük pompa istifadə etmək sistem xərclərini artırır, elektrik enerjisi istehlakının çox olmasına səbəb olur.
Santrifüj Pompa Nədir?
Santrifüj pompa nədir, işləməsi gövdənin daxilində mayenin çarxla döndərilməsi ilə təzyiq qüvvəsi qazandırması və bu sayədə təzyiqləndirməsi ilə işləyən pompa növləridir. Bir gövdə içində yer alan qanadlı bir pərvanədə (Çarx) yaranan bu pompalarda maye, bir girişdən çarxın mərkəzinə ötürülür; aşağı təzyiqdə bol maye vura bilirlər, səmərəliliyi porşenli pompalardan aşağıdır, sovurma qabiliyyətləri yoxdur, havası hər zaman çıxarılmalıdır və az yer tutur.
Dalğıc Pompa Nədir?
Dalğıc pompa nədir, işləniləcək maye və ya mühitin tamamilə daxilində işləyən pompa növlərinə verilən addır. Dalğıc pompalarda mühərrik, pompa gövdəsinə bitişik olaraq quraşdırılır. Mühərrik ətrafındakı sukeçirməz qabıq, qısaqapanmaya səbəb ola biləcek hər hansı bir mayenin daxil olmasının qarşısını alaraq zədələnmədən qorumaq üçün adətən yağ ilə doldurulur.