İyun böcəyi, bitki yemə vərdişləri ilə tanınan bir böcək növüdür. Adını, yazın sonu və ya yay əvvəlində torpaqdan çıxmasından alır. Dişilərinin ölçüləri 40 mm-ə qədər çatır. Antenləri kiçik və ucu topuz şəklindədir. Erkəyin bədən uzunluğu 28-30 mm civarlarında və antenləri böyük, yelpik şəklindədir. Erkək İyun böcəklərinin digər bir fərqləndirici xüsusiyyəti isə, antenlərinin 7 hissədən ibarət olmasıdır.
Dişilər yumurtalarını torpaq səthinin dərhal altına basdırırlar. Sürfələr 3-4 həftə ərzində yumurtadan çıxır və üç ilə qədər çəmən və bitki kökləri ilə qidalanır. Sürfələr C şəklində, krem rəngində və qırmızı başlıdır. Yazda və yayın əvvəllərində pupalara çevrilir və 3 həftə ərzində bu pupalar yetkin İyun böcəklərinə çevrilirlər.
İyun böcəyinin zərərləri
İyun böcəklərinin ən çox zərərli olduğu dövr sürfə dövrləridir. Bu dövrdə meyvə bağlarında və tənəklərdə diqqətli olunmalıdır. Xüsusilə yeni əkilmiş tənək çubuqlarını və daha əvvəl əkilmiş tənəklərin torpaqaltı hissələrini gəmirərək qalıcı zərərlərə yol aça bilərlər. Gəmirilən çubuqlar tutmur və bunun nəticəsində zərər görən tənəklər zamanla quruyur.
İyun böcəyi ilə mübarizə üsulları
Bu zərərverici növü ilə kimyəvi mübarizə adətən pestisidlər və insektisidlər vasitəsilə həyata keçirilir. Lakin bu zərərvericiyə qarşı mübarizədə kimyəvi üsullar tövsiyə edilmir. Aqrotexniki tədbirlər isə aşağıdakı kimi sıralana bilər;
İlk növbədə zərərvericilərin olduğu bölgədəki alaq otları təmizlənir. Bu sayədə sürfələrin olduğu bölgə günəş şüalarına və yırtıcılara qarşı müdafiəsiz vəziyyətə düşür.
İyun böcəkləri yumurta qoymaq üçün otlu bölgələrə üstünlük verirlər və bu bölgələrdə yayılırlar. Bu səbəbdən torpaq becərilərək nadasa qoyula bilər.
Sürfələrin hərəkətli olduğu dövrlərdə (yaz və yay aylarında) dərin şum aparılaraq sürfələrin və yumurtaların məhv olması təmin edilir.
Əkində zərərvericiyə qarşı davamlı bitkilər seçilir.