Landşaft Layihələrində İstifadə Olunan Bitkilərin Su Ehtiyacı
Landşaft işlərində zamanla ən çox dəyişənlər şübhəsiz bitkilərdir. Bitkilərdə dəyişim; böyümə, yarpaqlanma, tumurcuqlanma, çiçəkləmə, rəng və forma dəyişdirmə kimi çoxşaxəlidir. Bitkilərin zamanla qazanmalı olduqları bəzi xüsusiyyətlərin, vaxtı gəldikdə bitkidə görünməsi son dərəcə əhəmiyyətlidir. Bu vəziyyət bitkilərin normal inkişaf göstərmələri, ehtiyaclarının vaxtında və uyğun şəkildə qarşılanması ilə mümkündür. Bu ehtiyacların başında hər canlıda olduğu kimi “su” gəlir. Landşaft sahələrində əsas hədəf, yaşıl toxumanın və estetikanın qorunması olmuşdur. Dolayısı ilə landşaft sahələrinin qorunması üçün ən vacib amillərdən biri bitkilərin ehtiyac duyduğu suyu qarşılamaqdır. Ölkəmizdə bitkilərin su ehtiyacı təbii yollarla, yəni yağışlarla qarşılanmır. Bunun üçün bitkilərin ehtiyac duyduğu su ağıllı suvarma sistemləri istifadə edilərək qarşılanır.
Bitkilərin yaşam müddəti ərzində alacaqları çətir böyüklüyünə görə təsnifat
Dizayn bitkilərinin landşaft layihələrindəki əhəmiyyəti növlərinə, ölçü və yaşlarına və ən əsası da siniflərinə görə dəyişir. Bitkilərin yaşam müddəti ərzində alacaqları çətir böyüklüyü nəzərə alınaraq edilən təsnifata görə; dizayn bitkiləri aşağıdakı kimi qruplaşdırıla bilər.
Torpaq örtücü bitkilər: 0-30 sm boylanan, torpaq səthinə çox yaxın inkişaf göstərən bitkilərdir. Ən vacib xüsusiyyətləri, çəmən bitkiləri xaricindəkilərin minimum qulluq şərtlərinə 7 ehtiyac göstərmələridir. Torpaq sürüşməsini, eroziyanı və su itkisini önləmək kimi funksiyaları vardır.
Kollar : Kol, 30 sm-dən 2,5 m, hətta 5 m-ə qədər boya çata bilən uzunömürlü odunsu bitkilərdir. Kolları, ağac və ağaccıqlardan ayıran ən vacib xüsusiyyət, boylarının çox qısa olması, gövdələrinin çox sayda olub torpaq səviyyəsindən bir yerdə çıxmasıdır. Kollar adətən 4–5 ildə yetkin hala gəlirlər və çox az qulluqla illər boyu canlılıqlarını sürdürə bilərlər.
Kiçik ağaclar : Böyük kollardan ən böyük fərqi tək bir gövdəyə sahib olmalarıdır. 3 – 3,5 m və ya 7-8 m boylanırlar. Çiçək və yarpaqları baxımından təsirlidirlər.
Böyük ağaclar : Ən böyük miqyasa sahib material qrupudur. 15 m və ya daha çox boylana bilər, uzunömürlüdür. Bir məkanın əsas xüsusiyyətini ortaya qoyan struktur elementləridir.
Dizayn Bitkiləri:
Enliyarpaqlı ağac, ağaccıq və kollar
İynəyarpaqlı ağac və ağaccıqlar (Koniferlər)
Torpaq örtücü, birillik və çoxillik bitkilər
Dırmaşan və sarmaşan bitkilər
Mövsümi çiçəklər, şəklində təsnif edilir
Yuxarıda göstərilən təsnifata görə landşaft sahələrində bitkilərin müxtəlif ehtiyaclarına görə suvarma sistemləri fərqli formalarda dizayn edilə bilər. Çünki hər bitkinin su ehtiyacı bir-birindən fərqlidir.
Yorumlar