Batareya ilə işləyən veb və mobil tətbiq dəstəkli ağıllı suvarma sistemləri hazırlayan Esular, fermerə əraziyə getmədən suvarma imkanı yaradır. Türkiyədə 150 fermer tərəfindən istifadə edilən Esular həlləri xaricə də ixrac edilir.
Dünyada su mənbələrinə çıxış sürətlə azalarkən, su israfının qarşısını almaq istiqamətində görülən işlərin əhəmiyyəti hər keçən gün artır. Kənd təsərrüfatı texnologiyaları sahəsində 10 ildən çox təcrübəyə malik Erhan Sandal və Fatma Aktaş adlı iki sahibkar tərəfindən 2019-cu ildə qurulan E-Sular, istehsalçıya təqdim etdikləri suvarma həlləri ilə kənd təsərrüfatında rəqəmsallaşmanın yolunu açdı. Esular-ın hazırladığı veb və mobil tətbiq dəstəkli, batareya ilə işləyən klapan, sensor və rabitə infrastrukturundan ibarət ağıllı suvarma sistemləri, fermerə tarlaya getmədən istehsal proseslərini idarə etmək imkanı yaradarkən, su mənbələrinin də qorunmasını təmin edir.
150 Fermer istifadə edir
Esular-ın praktik quraşdırılan, asan istifadəyə malik həlləri ilə geniş kənd təsərrüfatı sahələri, açıq əkin sahələri, şəhərdaxili landşaft əraziləri, qolf meydançası, futbol meydançası, villa, otel kimi bölgələrdə effektiv su nəzarəti həlli təmin edilir. Müxtəlif sensor dəstəyi ilə bitki inkişafı və suvarma keyfiyyətinin izlənməsi həyata keçirilə bilir. Esular-ı daha dayanıqlı kənd təsərrüfatı üçün effektiv, səmərəli su nəzarəti texnologiyaları inkişaf etdirmək və bunları hər kəsin istifadəsinə və əlçatanlığına təqdim etmək üçün qurduqlarını izah edən Esular-ın həmtəsisçisi Erhan Sandal, indiyədək suvarma həllərinin 150 istehsalçı tərəfindən istifadə edildiyini və çox müsbət rəylər alındığını söylədi.
Yüzdə 30 səmərəlilik
İdxal olunan analoqlarından 4-də 1-i qiymətinə satılan Esular-ın həlləri suvarma və enerjidə yüzdə 30, işçilikdə yüzdə 60 qənaət təmin edərkən, bitki məhsuldarlığını isə yüzdə 20-30 artırır. Əskişəhərdəki fabriklərində cihazların istehsal olunduğunu bildirən Erhan Sandal bunları qeyd etdi: “İndi gübrələmə üzrə həllər hazırlamağı planlaşdırırıq. Sonrasında iqlimləndirmə üzrə təkmilləşmiş texnologiyalar hazırlamaq planlarımız var. Bu sahədə hazırda idxal olunan məhsullar istifadə edilir. Yerli məhsullar hazırlamaq üzərində işləyirik.”
Xaricə də açılır
2023-cü ildə kütləvi maliyyələşdirmə turuna çıxan Esular bu investisiya turunu 250 min dollarla başa vurdu. Bu investisiyanı istehsal infrastrukturunu təkmilləşdirmək üçün istifadə edən firma Əskişəhərdəki fabriki fəaliyyətə keçirir. Hazırda yeni bir investisiya turuna daha hazırlaşdıqları məlumatını verən Erhan Sandal sözlərini belə davam etdirdi: “2-3 ay ərzində bu investisiyanı da tamamlamağı planlaşdırırıq. Bu yeni investisiyadan gələn vəsaiti xaricdə daha çox fermerə çatmaq üçün istifadə edəcəyik. İlk mərhələdə ŞKTR və Azərbaycandakı fermerlərə satış etdik. Növbəti dövrdə yerli tərəfdaşlar vasitəsilə Özbəkistan, Rumıniya, Bolqarıstan kimi Şərqi Avropa ölkələrinə açılmaq niyyətindəyik.”
Suyun yüzdə 80-i kənd təsərrüfatında istifadə olunur
Dövlət Su İşləri (DSİ) məlumatlarına görə Türkiyədəki istifadə edilə bilən təmiz su miqdarı 112 milyard kubmetrdir. Türkiyə illik adambaşına 1300 kubmetr su miqdarı ilə su stresi altında olan ölkələr arasında yer alır. Türkiyədəki su mənbələrinin yüzdə 80-ə yaxını kənd təsərrüfatı sektorunda istifadə olunur. Yəni illik 55 milyard kubmetr suyun 45 milyard kubmetri kənd təsərrüfatı sektorunda istifadə olunur və ildə 25 milyard kubmetr su israf edilir. Bu səbəbdən kənd təsərrüfatı suvarmasında rəqəmsallaşma böyük əhəmiyyət daşıyır.
Yorumlar