Ölkəmizdə Zeytun Xəstəliklərinə tez-tez rast gəlinir. Ən yaxşı və təsirli mübarizə üçün xəstəlikləri bilmək böyük əhəmiyyət kəsb edir. Aşağıda sizə ən vacib Zeytun Xəstəliklərini təqdim edirik
Zeytun Budaq Xərçəngi
Simptomlar
Zoğlarda yarpaq, çiçək və meyvə tökülməsi nəticəsində açılan yara yerlərində yaranan ziyillər kiçik, yuvarlaq və süngərimsidir.
Urlar və ziyillər bir tərəfdən də artıq işıq və istiliyin təsiri ilə tünd qəhvəyi, çatlamış və təpəsi çökmüş bir görünüş alır.
Törədici
Bakteriya
Xəstəliyin İnkişaf Şərtləri
Bakteriya qışı yoluxmuş ağaclardakı təzə urların içində keçirir. Xəstəlik törədicisi urların içində il boyu çoxalır.
Mübarizə Üsulu
Tez-tez don hadisələrinin baş verdiyi yerlərdə zeytun əkilməməlidir. Çox su saxlayan, alt qatı gilli torpaqlarda zeytun əkilməsindən qaçınılmalı, əkin aparılıbsa, torpağın artıq suyu drenaj edilərək axıdılmalıdır. Ağaclara ehtiyacdan artıq azotlu gübrə verilməməlidir. Budaqlama qalıqları bağdan uzaqlaşdırılmalıdır.
Zeytun Halqalı Ləkə Xəstəliyi
Simptomlar
Yarpaqların üst səthində qaraya bənzər boz rəngdə yuvarlaq nöqtələr şəklində ləkələr yaranır. Bu nöqtələrin olduğu yerdə rəng açılır, daha sonra bunun ətrafında normal yarpaq rəngində bir halqa yaranır. Bunu kənardan ikinci bir açıq rəngli halqa əhatə edir.
Törədici
Göbələk (Fungal)
Xəstəliyin İnkişaf Şərtləri
Yaz və payız fəsilləri adətən yağışlı keçən bölgələr xəstəliyin inkişafı üçün əlverişlidir. Göbələk qışı yerə tökülən qurumuş yarpaqlarda və ağac üzərində qalan xəstəlikli yarpaqlarda keçirir.
Mübarizə Üsulu
Gübrələmə və suvarma texnikaya uyğun aparılmalı, əhəng baxımından zəif torpaqlar əhənglənməli, ağacların çətiri işıq düşəcək şəkildə budanmalı, quru budaqlar və yerə tökülən ləkəli yarpaqlarda toplanıb yandırılmalıdır.
Zeytunda Antraknoz
Simptomlar
İlk əlamətlər meyvələr yetişdikdə müntəzəm və ya qeyri-müntəzəm şəkildə qəhvəyiləşmə şəklində görünür. Meyvənin böyüməsi ilə birlikdə lezyonlar birləşərək meyvənin tamamını çürüdə bilər. Xəstəlik əlaməti adətən meyvənin uc hissəsində basıq, içəriyə doğru çökmüş lezyon şəklindədir. Meyvədəki lezyonlar meyvəni ya tamamilə, ya da qismən çürüdərək meyvənin suyunu itirməsinə səbəb olur.
Törədici
Göbələk (Fungal)
Xəstəliyin İnkişaf Şərtləri
Qışı mumiyalaşmış meyvə, yarpaq və incə zoğlarda keçirir. Payızda meydana gələn yağışlar xəstəliyin yaranmasında təsirlidir.
Mübarizə Üsulu
Yerə tökülən xəstəlikli yarpaq və meyvələr toplanmalı və məhv edilməlidir. Sıx əkindən qaçınılmalıdır. Budaqlama ağaclarda hava sirkulyasiyasını təmin edəcək və işıq düşəcək şəkildə aparılmalıdır. Alaq otlarına qarşı mübarizə aparılmalıdır.
Comments