Tüm Yazılar

NPK Gübrəsi Nədir?

NPK hərfləri bitkilərin yaşamaq və böyümək üçün ehtiyac duyduqları üç əsas qida maddəsini təmsil edir. Bunlar; azot (N), fosfor (P), kaliumdur (K).

Azot (N): Azot bitkilərdə həyati əhəmiyyətə malikdir. Üzvi maddə miqdarı çox aşağı olan ölkəmiz torpaqları da azot baxımından olduqca kasıbdır. Azot bitkidə bir çox mühüm üzvi birləşmənin tərkibində yer alır. Zülallar, amin turşuları, nuklein turşuları, fermentlər, xlorofil, ATF, ADF azot tərkibli mühüm üzvi birləşmələrdir. Zülalların və xlorofilin sintezində azotun təsiri olduqca böyükdür. Bitki hüceyrə divarının əsas tikinti blokudur. Köklərin tənəffüsündə, çiçəklənmənin vaxtında baş verməsində, meyvənin əmələ gəlməsində və yetişməsində mühüm rol oynayır. Azot torpaqda hərəkətli bir elementdir. Suvarma suyu ilə aşağı doğru hərəkət edir.

Azot çatışmazlığında nə baş verir?

Bitkilərdə yeni hüceyrələrin yaranması üçün azot lazımdır. Azot çatışmazlığında;

  • Bitkilərdə böyümə ləngiyir. Bitkinin xüsusilə vegetativ inkişafı mənfi təsirlənir.
  • Yarpaq və gövdə sistemi zəifləyir, mexaniki zədələrə qarşı davamlılıqları azalır.
  • Kök inkişafı zəifləyir və köklərdə budaqların sayı azalır.
  • Çiçəkləmə və meyvə tutma nisbəti azalır, meyvələr kiçik qalır.
  • Bitkilərin ümumi görünüşü tünd və canlı yaşıl əvəzinə, açıq yaşıl bir hal alır.
  • Yarpaq sahə indeksi düşür və fotosintez prosesi daha az baş verir.
  • Çatışmazlığın daha irəli səviyyələrdə olması halında, yarpaqlarda xloroz müşahidə olunur. Xloroz yarpağın bircinsli şəkildə saralması kimi görünür.
  • Azot çatışmazlığı artdıqda yarpaqlar saralır və bitki ölür.
NPK gubre nedir

Azot artıqlığında nə baş verir?

  • Bitkinin vegetativ inkişaf dövrünü uzadır, çiçəklənməni gecikdirir və şəkər sintezini azaldır.
  • Azot artıqlığında bitkilərin yarpaqlarının rəngi tünd yaşıl rəng alır.
  • Yarpaqlarda qıvrılmalar və ləkələnmələr müşahidə olunur.
  • Yarpaqların su tərkibi artdığı üçün şaxta, xəstəlik törədiciləri və həşəratların zərərinə qarşı bitki həssaslaşır.
  • Xüsusilə taxıllarda yatma müşahidə olunur, meyvə və toxum bitkilərində məhsuldarlıqda və keyfiyyətdə azalma baş verir.
  • Həddindən artıq ammonium azotu ilə qidalanma nəticəsində ötürücü toxumalar parçalanır və buna bağlı olaraq bitkinin su qəbulu əngəllənir.
  • Xüsusilə meyvə ağaclarında meyvə tutumu zəifləyir.
  • Karbohidrat sintezi mənfi təsirləndiyi üçün böyümədə geriləmə baş verir. Buna bağlı olaraq məhsul yığımı vaxtlarında gecikmələr yaranır.

Fosfor (P): Fosfor torpaqda adətən fosfat şəklində olan, bitkilər üçün çox mühüm qida elementidir. Dünya miqyasında torpaqların mühüm bir hissəsi fosfordan yoxsundur, bu da məhsul məhsuldarlığında ciddi məhdudiyyətə səbəb olur. Bitkilər ATF, şəkərlər və nuklein turşularının yaranması üçün fosfora ehtiyac duyurlar. Bitkilərdə enerji transferi edən ATF bu birləşmələrin ən mühümlərindəndir. Bitkidə genetik xüsusiyyətləri müəyyən edən DNT-nin yaranması üçün lazımdır. Bitkilərin yetişməsini sürətləndirir. kaliumun bitkilər tərəfindən mənimsənilməsinə kömək edir. Bitkinin xəstəlik və zərərvericilərə qarşı müqavimətini artırır. Bitki köklərinin suyu qəbul etməsini tənzimləyərək suyun effektiv şəkildə istifadə edilməsini təmin edir. Fosfor bitkilərdə fizioloji reaksiyaların tənzimlənməsində və istilik, duzluluq, quraqlıq, su basması, yüksək CO2 və ağır metal toksikliyi kimi abiotik stres tolerantlığının artırılmasında rol oynayır.

Fosfor çatışmazlığında nə baş verir?

  • Yarpaqlarda tünd yaşıl rəng üstünlük təşkil edir. Yarpaq kənarları, damarlar və saplar bütün yarpaq ayasına yayıla bilən bənövşəyi çalarlar göstərir.
  • Fosfor çatışmazlığı olan bitkilərdə böyümə geriləyir. Meyvələr kiçik və keyfiyyətsiz olur.
  • Bitkilərin kök inkişafı zəifləyir.
  • Şaxta hadisələrinə və xəstəliklərə qarşı bitkinin davamlılığı azalır.

Fosfor artıqlığında nə baş verir?

  • Fosfor artıqlığının bitkilər üzərindəki təsiri daha çox dolayı yolla baş verir.
  • Fosforun artıq olması halında sink və dəmir kimi mikro qida elementlərinin çatışmazlığı yaranarkən, kalsium, bor, mis və manqan çatışmazlıqları da yarana bilər.

Kalium (K): Kalium azot və fosfordan sonra bitki istehsalını məhdudlaşdıran üçüncü mühüm qida elementidir. Kalium bitkilərdə həyati əhəmiyyət kəsb edən metabolik, fizioloji və biokimyəvi funksiyalara malik makro qida elementidir. Kalium ferment aktivliyinə, fotosintezə, bitki qida elementlərinin və fotosintez məhsullarının daşınmasına kömək edir, transpirasiya ilə su itkisini azaldır, zülal tərkibini artırır, turqoru tənzimləyir, bitkilərdə su itkisini və buna bağlı olaraq solmanı qarşısını alır. Kalium bitkilərdə kök inkişafına və böyüməsinə müsbət təsir göstərdiyi halda, bitkilərdə yatmanın qarşısını alır, soyuğa davamlılığı artırır, erkən yetişməni təmin edir, azotun effektivliyini artırır, xəstəlik və zərərvericilərə qarşı davamlılığı gücləndirir.

Kalium Çatışmazlığında Nə Baş Verir?

  • Böyümədə geriləmələr baş verir.
  • Çatışmazlıq əlamətləri bir çox bitkidə (meyvə ağacları, taxıllar, qarğıdalı və s.) ilk olaraq yarpaq kənarlarında saralmalar ilə başlayır, daha sonra isə sarı nahiyələr qəhvəyi rəngə çevrilir. Tədbir görülmədikdə isə bu hissələr quruyur və tökülür.
  • Bəzi bitkilərdə isə kalium çatışmazlığı yarpağın üzərində nekrotik ləkələr şəklində müşahidə olunur.
  • Bitkinin quraqlığa və şaxtaya qarşı davamlılığı azalır.
  • Taxıllarda yatmalar baş verir.
  • Duzluluq və xəstəlik törədicilərinə qarşı davamlılıq azalır.
npk gubre kullanimi

Kalium Artıqlığında Nə Baş Verir?

  • Kalium artıqlığı (Mg, Ca, B, Zn, Mn) çatışmazlığına səbəb olur.
  • Meyvə keyfiyyəti düşür.
  • Almalarda acı ləkə müşahidə olunur.
  • Məhsulun saxlama müddəti azalır.

 

 

NPK Gübrə Çeşidləri Hansılardır?

NPK gübrəsinin tərkibində azot, fosfor və kalium qida maddələrinin fərqli miqdarlarda olması NPK gübrə çeşidlərini yaradır. Cəmi 4 ədəd NPK gübrə çeşidi var. Bunlar; NPK 15–15–15, NPK 25-5–10, NPK 10–20–20, NPK 20–20–20-dir. Qablaşdırma və ya kisələrin üzərində yazılan rəqəmlərdən birincisi gübrənin tərkibindəki azotun nisbətini, ikinci rəqəm fosforun nisbətini, üçüncü rəqəm isə kaliumun nisbətini göstərir. Məsələn, üzərində 10-20-20 yazılmış NPK gübrəsinin tərkibində 10% azot, 20% fosfor və 20% kalium var.

Yorumlar

Daha Fazla İçerik İster misiniz?

Akıllı tarım hakkında en güncel içerikleri takip edin.