Vanalar, ana xətt üzərinə bağlanır, laterallara su keçidini təmin edir və sistemin açılıb-bağlanmasında iştirak edir. Manual sistemlərdə yalnız kürəvi vanalar istifadə edildiyi halda, avtomatik sistemlərdə həm kürəvi, həm də solenoid vanalar istifadə olunur. Bundan əlavə, xətt üzərində bir çox vana istifadə edilə bilər, məsələn, təzyiq azaldıcı vanalar, xətt kəsici vanalar və s. Vanalar fərqli məqsədlər üçün istifadə edilə bilər. Solenoid vanalar 1’’, 1/2”, 2” diametrlərində istehsal olunur. Solenoid vanalar üzərindəki bobin sayəsində idarəetmə blokundan gələn siqnalı diafraqmaya ötürərək sistemin açılıb-bağlanmasında iştirak edir. Daxilindəki maqnitin gələn siqnalla aşağı-yuxarı hərəkət etməsi ilə işləyir.
Suvarma Vana Növləri
Açma-bağlama, təzyiq və axın tənzimləmə, hava çıxışı, vakuum və təzyiqin qarşısını alma vanaları;
Tək Yönlü Vana: Suyun tək istiqamətdə keçməsinə icazə verən, geri qayıtmasını maneə törədən vanadır. Qeyd olunan vanalar, sistemin dayandığı anlarda axının geri qayıtmasının qarşısını aldığı kimi, böyük sistemlərdə baş verən şok dalğalarının nasos və nəzarət bölməsinə zərər verməsinin də qarşısını alır.
Manuel Vanalar: Bu vanalar, suvarma sistemlərində həm tarlada, həm də ana idarəetmə qrupunda nəzarət və ya xidmət ehtiyacları üçün fiziki bağlama imkanı təmin edir. Bütün tətbiqlər üçün uyğundur.
Hava boşaltma vanaları (vantuz): Sistem daxilində yaranacaq hava ciblərinin boşaldılması üçün istifadə olunurlar.
Təmizləmə Vanası (Boşaltma Vanası): Boru xətlərindəki çirklərin zaman-zaman təmizlənməsi üçün istifadə olunur.
Təzyiq Requlyatoru: Sistemə sabit təzyiqlə su verilməsini təmin edir, yüksək təzyiqləri azaldır.
Yuma Manifoldu: Torpaqaltı damcı suvarma sistemlərinə xas olmaqla, sistemin yuyulmasında suyu uzaqlaşdırmaq üçün lateral boru xətlərinin sonuna yuma manifoldları yerləşdirilir.
Vakuum Reliyef Vanası (Vakuum Azaltma Vanası): Yüksək təzyiqləri azaldaraq sistemə zərər verməsinin qarşısını alır.
Hidravlik İdarəetmə Vanaları: Xətt təzyiqi ilə işləyən birbaşa diafraqma bağlamalı avtomatik vanalardır. Dizaynında ön planda tutulan, gövdəsinin və diafraqmasının minimum təzyiq itkisində, rahat, düzgün bir axın təmin etməsidir. Hidravlik idarəetmə vanalarında mil, yataq və vtulka kimi aşınan hissələr uzunömürlüdür. Vanaların tək hərəkətli hissəsi diafraqmasıdır.
Solenoid Vana: Solenoid vana hava, qaz, su, hidravlik kimi axıcı maddələrin boru xətlərindən keçidini təmin etməyə yarayan, adətən elektrik idarəolunan vana növləridir. Üzərinə quraşdırılmış solenoid bobin istifadə edilərək vananın uzaqdan elektrik siqnalı ilə idarə olunması ilə açma-bağlama əməliyyatını həyata keçirən hidravlik idarəetmə vanalarıdır.
Vana seçimi edilərkən Nələrə Diqqət Edilməlidir
Suvarma suyunun tək istiqamətdə keçməsinə icazə verən vanalar seçmək.
Suvarma suyunun geriyə axması ilə birlikdə sistemin nasos, boru və ya vana xarab olmalarına səbəb olur. Bu növ nasazlıqların qarşısını almaq üçün tək tərəfli vanalar istifadə edilməlidir.
Maili ərazilərdə Damcı Suvarma sistemini dayandırdığımızda, əgər ana boru daxilinə hava ala bilməzsə, boru daxilində olan su aşağıya doğru axarkən arxasındakı borunu vakuum edərək büzər, bunun nəticəsində torpaq altındakı borular əzildikdə üzərindəki torpaq üzərinə oturar və təkrar istədiyimizdə sistemden su keçməz. Torpaq üzərində isə ana boru daima sistemin açılıb-bağlanması zamanı vakuum etməkdən dolayı, ana boru qatlanan yerindən cırılacaqdır. Bu vakuum təsirinin qarşısını almaq üçün hava boşaltma (təxliyə) vanaları istifadə edilməlidir.
Solenoid vanaları seçərkən debi (sərfiyyat) nəzarəti olan vanaları seçmək vacibdir.
Kimyəvi maddələr, UV şüaları və korroziyaya qarşı davamlı vanalar seçilməlidir.
Quraşdırılması və daşınması asan olmalıdır.
Vana sayı və ölçüsünə uyğun vana qutusu seçilməlidir.
Yorumlar