pH, suyun kimyəvi tərkibini əks etdirən ən vacib parametridir. Axar sularda pH-ın mövcudluğu və intensivliyi suyun axınına bioloji hadisələrə və kimyəvi quruluşuna bağlıdır. Eyni zamanda suyun məhsuldarlığını göstərməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Turşu xarakterli ( pH 5 civarı) suların məhsuldarlığının aşağı, qələvi xarakterli suların isə daha məhsuldar olduğu bilinməkdədir. Bu yazımızda sizə torpaq pH-ının səviyyəsinin tənzimlənməsini izah edəcəyik.
PH Tənzimləyicisi Nədir ?
pH tənzimləyicilərin əsas məqsədi turşuluq və qələvilik xüsusiyyətini nizama salmaqdır. Torpaqda OH- ionlarının çox olması demək bu torpağın qələvi olduğunu, yəni pH-ının yüksək olduğunu göstərən bir məlumatdır. Eyni şəkildə torpaqda H+ ionlarının çox olması da bu torpağın turşulu olduğunu, yəni pH-ının aşağı olduğunu göstərir.
PH Tənzimləyicisi Nə İşə Yarayır ?
Torpaq pH-ı yüksəldikcə və azaldıqca bir sıra elementlərin də bitki tərəfindən mənimsənilməsi azalır. pH tənzimləyicilər sayəsində element mənimsənilmələri nəzarət altında saxlanılır.
Bitki kökləri torpağın bərk hissəsindəki qidaları deyil, torpaq məhlulu içindəki qidaları qəbul edirlər. Buna görə də bizi maraqlandıran hissə torpaq məhlulu (mayesi) daxilindəki qida maddələridir. Bəzi birləşmələrin suda həll olunması çətin olduğu üçün maye hissəyə keçə bilmirlər və bitkilər bu qidalardan qısa müddətdə yararlana bilmirlər. pH tənzimləyicilər sayəsində birləşmələrin suda həll olunması təmin edilir.
Yağıntılı bölgələrdə qələvi kationların yuyulma dərəcələrinin yüksək olması, CO2-nin yaratdığı karbon turşusu, torpaq pH-ını aşağı salıb turşuluğu artırmaqda təsirli olur. Lakin pH tənzimləyicilər bu sahələrdə istifadə edilərək torpağın pH-ı istənilən səviyyədə saxlanıla bilir.
Torpağa əlavə edilən üzvi maddələr, birbaşa turşu yaratdıqları üçün, torpağın mübadilə qabiliyyətini yüksəltdikləri üçün və əsasla doyma dərəcəsini azaltdıqları üçün torpaq pH-ını aşağı salırlar. pH tənzimləyicilər sayəsində daha sonra torpaq pH-ını yenidən yüksəltmək mümkündür.
Torpaqda pH Tənzimləyicisi
Torpağa əlavə edilən üzvi maddələr, birbaşa turşu yaratdıqları üçün, torpağın mübadilə qabiliyyətini yüksəltdikləri üçün və əsasla doyma dərəcəsini azaltdıqları üçün torpaq pH-ını aşağı salırlar.
pH-ı aşağı olan torpaqlarda torpağın strukturunu tənzimləmək daha asandır. Müəyyən nisbətlərdə CaCO3 (əhəng) əlavə edərək torpaq pH-ı artırıla bilər. Lakin adətən torpaqlarımızın pH-ı yüksəkdir və torpaqların pH-ını aşağı salmaq o qədər də asan deyil. Bu səbəbdən becərmə aparılan torpağı çox yaxşı tanıyıb, analiz etdirib tətbiq etməliyik. Analiz etdirmədən torpağa əhəng əlavə etsək və əgər pH onsuz da yüksəkdirsə, onu daha da yüksəltmiş olarıq və torpağı daha da pisləşdirərik.
Yüksək pH-lı torpaqlarda əgər damcılatma sistemi ilə işləyiriksə, torpaq pH-ını aşağı salmaq üçün yüksək miqdarda kükürd tökmək əvəzinə; verdiyimiz gübrə məhlulunu turşulaşdıraraq və ya turşu xarakterli gübrələr seçərək, kök zonasına turşulu gübrə məhlulu göndərib verdiyimiz qidaların mənimsənilməsini təmin etmək daha doğru olar.
Yorumlar